ABŞ-ın sanksiyaları Venesuelanın neft ixracatına təsir göstərib

13-02-2019, 15:43
Oxunub: 68
“Sanksiyaların artıq PDVSA-nın neft ixracatını çətinləşdirdiyini yəqinliklə bilirik”


ABŞ-ın Venesuelanın PDVSA dövlət neft-qaz şirkətinə yanvar ayının sonundan tətbiq etdiyi sanksiyalar ölkənin neft ixracatının azalmasına səbəb olur.

Report xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (İEA) fevral ayına dair məruzəsində qeyd olunur.

“Sanksiyaların artıq PDVSA-nın neft ixracatını çətinləşdirdiyini yəqinliklə bilirik”, - sənəddə deyilir. Müəlliflər bu fikiri əsaslandıracaq konkret rəqəmlər gətirməyiblər.

Xatırladaq ki, yanvarın 29-da ABŞ-ın Maliyyə Nazirliyi Venesuelanın PDVSA dövlət neft şirkətinə qarşı sanksiyaları tətbiq etdiklərini, lakin ABŞ şirkətlərinin əldə etdikləri gəliri Prezident Maduronun hökuməti üçün bağlı olan xüsusi hesablara köçürmək şərtilə sözügedən şirkətlə ticarətə davam edə biləcəklərini açıqlamışdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti