Emma Nikolson Azərbaycana gələcək

12-02-2019, 15:23
Oxunub: 112
"Gələn həftəyə planlaşdırılan səfər çərçivəsində Emma Nikolson bir sıra rəsmi görüşlər keçirəcək"


Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolson Azərbaycana səfər edəcək.

Bunu Report-a açıqlamasında Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

O bildirib ki, E.Nikolson fevralın 20-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında iştirak edəcək: “Gələn həftəyə planlaşdırılan səfər çərçivəsində Emma Nikolson bir sıra rəsmi görüşlər keçirəcək, iki ölkə arasında ticarət əlaqələrinin inkişafı məsələlərini müzakirə edəcək.

Bundan başqa, görüşlər çərçivəsində Böyük Britaniyanın plastiklərlə bağlı strategiyası barədə Azərbaycan hökuməti ilə danışıqlar aparılacaq. Bu iki ölkənin qlobal çağırış kampaniyasına verdiyi birgə töhfə olacaq”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti