Milli Məclisin növbəti plenar iclası başlayıb

12-02-2019, 13:19
Oxunub: 71
İclasda əvvəlcə bələdiyyələrlə bağlı 2018-ci il üzrə məruzə dinləniləcək


Azərbaycan Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Report-un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 32 məsələ daxildir.

İclasda əvvəlcə bələdiyyələrlə bağlı 2018-ci il üzrə məruzə dinləniləcək.

Gündəliyə daxil edilən digər məsələlər isə "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Milli Məclisin komitələri haqqında”, “Gənclər siyasəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının konsul Nizamnaməsi”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “Valyuta tənzimi haqqında” qanunlarına, o cümlədən Cəzaların İcrası, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.

Bundan başqa, deputat “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında”, “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihələrinə də (ikinci oxunuşda) baxacaqlar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti