Paşinyanla Aİ nümayəndəsi Qarabağ münaqişəsini müzakirə edib

12-02-2019, 14:44
Oxunub: 104
Yerevanda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişənin həlli prosesi müzakirə olunub


Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənub Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla görüşüb. 

Report “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Yerevanda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişənin həlli prosesi müzakirə olunub.

Tərəflər münaqişənin tənzimlənməsinə dair fikir mübadiləsi aparıblar. 

N.Paşinyan və T.Klaar Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərini və regiondakı vəziyyəti də müzakirə ediblər. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti