Hindistanda hoteldəki yanğında ölənlərin sayı 17 nəfərə çatıb

12-02-2019, 15:05
Oxunub: 106
Polis ölənlərin əksəriyyətinin tüstüdən boğulduğunu bildirir


Hindistanın paytaxtı Yeni Dehlidəki "Arpit Palace" hotelində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Trend-in məlumatına görə, 34 nəfər xilas edilib, 3 nəfər isə xəsarət alıb. Yanğından xilas olmaq məqsədilə pəncərədən tullanan iki nəfər də ölüb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.

Bundan əvvəl 9 nəfərin həlak olduğu deyilirdi.

Polis ölənlərin əksəriyyətinin tüstüdən boğulduğunu bildirir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti