Polşa Norveç konsulunu "arzuolunmaz şəxs" elan edib

12-02-2019, 14:29
Oxunub: 117
"Bu vəziyyətdə yeganə mümkün qərar qarşılıqlı addımdır"


Polşa Norveçin Varşavadakı konsulunu "arzuolunmaz şəxs" elan edib.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər nazirinin müavini Şimon Şinkovski vel Senk "Twitter"də yazıb.

"Norveç hökuməti konsul Slavomir Kovalskini "arzuolunmaz şəxs" hesab edib ki, bu da onun öz işini icra etməsinə maneəçilik törədir. Bu vəziyyətdə yeganə mümkün qərar qarşılıqlı addımdır", - deyə Şinkovski vel Senk yazıb.

O əlavə edib ki, qərar "dərhal icra olunacaq".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti