BMT baş katibi Venesuelanın XİN başçısı ilə görüşəcək

12-02-2019, 14:13
Oxunub: 110
"Cənab Quterrişin bu gün günün ikinci yarısında onunla görüşü olacaq"


Venesuelanın xarici işlər naziri Xorxe Arreasa bazar ertəsi Nyu-Yorka gələrək BMT-nin baş katibi Antoniu Quterrişlə görüşəcək.

Report TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak deyib.

"Cənab Quterrişin bu gün günün ikinci yarısında onunla görüşü olacaq, lakin görüş BMT binasında deyil, baş katibin şəxsi iqamətgahında keçiriləcək", - deyə o bildirib.

Hak qeyd edib ki, görüş Arreasanın sorğusu əsasında baş tutacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti