ABŞ və Çin lideri arasındakı görüş martda Floridada keçirilə bilər

11-02-2019, 13:37
Oxunub: 58
Mənbələrin məlumatına görə, görüş mart ayına təyin oluna bilər


ABŞ Prezidenti Donald Tramp ilə Çin lideri Si Tszinpin arasındakı növbəti görüş Floridadaki "Mar-a-Lago" iqamətgahıənda keçirilə bilər.

Report Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Axios" məlumat verib.

Mənbələrin məlumatına görə, görüş mart ayına təyin oluna bilər. Eyni zamanda qeyd olunub ki, digər variantlar, o cümlədən görüşün Pekində keçirilməsi ehtimalı da nəzərdən keçirilir.

Bu məsələ ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

Daha əvvəl Tramp Si Tszinpin ilə ticarət razılaşmasıyla əlaqədar görüşün hələ təyin olunmadığını söyləyib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti