Sergey Şoyqu Türkiyəyə səfər edəcək

11-02-2019, 14:01
Oxunub: 62
Səfər Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti əsasında baş tutacaq


Bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyəyə səfər edəcək.

Report “Thmhaber”ə istinadən xəbər verir ki, səfər Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti əsasında baş tutacaq.

İki ölkənin müdafiə nazirləri Ankarada görüşəcəklər. H.Akarla S.Şoyqu Suriya böhranı üzrə Soçidə keçiriləcək Türkiyə, Rusiya və İran prezidentlərinin görüşündən əvvəl bölgədəki vəziyyət müzakirə edəcəklər. 

Qeyd edək ki, fevralın 14-də Soçidə Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında görüş keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti