İstanbulda hərbi vertolyot qəzaya uğrayıb

11-02-2019, 21:44
Oxunub: 131
İlkin məlumatlara görə, vertolyot texniki səbəblərdən məcburi eniş edən zaman qəzaya uğrayıb


İstanbul şəhərində hərbi vertolyotun qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.

Report xəbər verir ki, bu barədə bazar ertəsi şəhərin qubernatoru Əli Yerlikaya məlumat verib.

"Çekməköy rayonunda vertolyotun qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub", - deyə o, "Twitter"də yazıb.

İlkin məlumatlara görə, vertolyot texniki səbəblərdən məcburi eniş edən zaman qəzaya uğrayıb.

Hadisə yerinə "təcili yardım" və yanğınsöndürən maşınlar cəlb olunub.

Daha əvvəl Efiopiyaya məxsus vertolyot qəzaya uğrayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti