Belarusla Aİ yaxın vaxtlarda vizasız rejim tətbiq edəcək
11-02-2019, 16:12
Oxunub: 43
"Avropa İttifaqı bu barədə sazişləri imzalamaq üçün əlindən gələni edir"
Belarusla Avropa İttifaqı (Aİ) arasında vizasız rejimi tətbiq etmək üçün son addımı atmaq qalır.Report xəbər verir ki, bu barədə Aİ-nin Belarusdakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin “Tut.by”ya müsahibəsində bildirib.
“Biz güzəştli təklif irəli sürmüşük. Məncə, son addım olacaq. Yaşıl işıq yanandan sonra biz tərəfdən proseduru başa çatdırmaq üçün 2-3 ay vaxt lazımdır. Avropa İttifaqı bu barədə sazişləri imzalamaq üçün əlindən gələni edir. Bu, bizim mənafeyimizə uyğundur”, - A.Viktorin vurğulayıb.