Romada yüz minlərlə insan etiraz aksiyasına çıxıb

10-02-2019, 11:44
Oxunub: 39
Həmkarlar ittifaqları hökuməti hazırkı iqtisadi kursu dəyişməyə çağırıblar


İtaliyanın böyük həmkarlar ittfaqları şənbə günü, fevralın 9-da Romada çoxminlik nümayiş təşkil ediblər.

Report "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, aksiyada təqribən 200 min nəfər iştirak edib.

Bildirilir ki, həmkarlar ittifaqları hökuməti hazırkı iqtisadi kursu dəyişməyə çağırıblar.

Məlumata görə, tənqidə yeni təqaüd islahatları məruz qalıb. Etiraz təşkilatlarının fikrincə, bu islahatlar uzunmüddətli xarakterə malik deyil. Nümayişçilər həmçinin yoxsul və işsizlər üçün mülki gəlirlərin tətbiqindən narazıdırlar. Çünki o, yoxsulluq və işsizliklə mübarizəyə məne olur.

Daha əvvəl Fransada "sarı jiletlilər"in 13-cü ümumilli etiraz günü keçirilən nümayişlərdə 51,4 mindən çox adamiştirak edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti