Azərbaycana qanunsuz yolla siqaret keçirilməsinin qarşısı alınıb

9-02-2019, 15:12
Oxunub: 37
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.


Gürcüstandan Azərbaycana qanunsuz yolla siqaret keçirilməsinin qarşısı alınıb.

Etatist.com-a bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. 

Qurumdan bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Mercedes Benz" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 3200 ədəd "King" markalı siqaret aşkarlanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti