Çilidə güclü yağışlar 9 nəfərin ölümünə səbəb olub

9-02-2019, 10:00
Oxunub: 96
75 ev tam dağılıb


Çilidə güclü yağışlar 9 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Sebastyan Pinyera bildirib. Onun çıxışı Fövqəladə Hallar üzrə Milli İdarənin "Twitter" səhifəsində yerləşdirilib.

S.Pinyera deyib: "Loa əyalətində 3 nəfər həlak olub, şimali makro-zonada isə 6 nəfər".

Onun sözlərinə görə, çayların daşması nəticəsində 820 evə yüngül zərər, 78 evə isə ciddi zərər dəyib. O bildirib ki, 75 ev tam dağılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti