Tramp Ağ Evdə Kurtsu qəbul edəcək

9-02-2019, 11:00
Oxunub: 114
Bu barədə S.Kurts öz "Twitter" səhifəsində yazıb


ABŞ prezidenti Donald Tramp fevralın 20-si Ağ Evdə Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurtsu qəbul edəcək.

Trend-in məlumatına görə, bu barədə S.Kurts öz "Twitter" səhifəsində yazıb.

S.Kurts bildirib: "Mən fevralın 20-də Donald Tramp ilə Ağ Evdə keçiriləcək işgüzar danışıqlara görə şadam. ABŞ böyük dövlətdir və bizim ikinci ən vacib ticarət tərəfdaşımızdır. Ona görə də biz ABŞ ilə maksimum dərəcədə yaxşı və sıx münasibətlərdə həmişə çox maraqlıyıq".

Kansler əlavə edib ki, Avstriya həmçinin Avropa İttifaqının ABŞ və Avropa arasında mümkün ticarət müharibəsinin qarşısını almağa yönəldilmiş səylərini dəstəkləyir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti