"İstanbulda dağıntılar altından 14 nəfərin meyiti çıxarılıb"

8-02-2019, 16:13
Oxunub: 58
"13 nəfər dağıntılar altından yaralı halda xilas edilib"


"İstanbulda çökən yaşayış binasının dağıntıları altından 45 saatdan sonra 16 yaşlı yeniyetmə yaralı halda çıxarılıb".

Report “Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. 

Onun sözlərinə görə, dağıntılar altından bir qadın və iki uşağın səsi eşidilir: "Ümumilikdə, dağıntılar altında cəmi 5 nəfərin səsi eşidilir. 

"İndiyədək dağıntılar altından 14 nəfərin meyiti çıxarılıb. Eyni zamanda 13 nəfər dağıntılar altından yaralı halda xilas edilib. Onlardan ikisinin vəziyyəti ağırdır", - deyə S.Soylu qeyd edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda səkkizmərtəbəli yaşayış binası çöküb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti