"BMT Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı istintaqa başlamalıdır"

8-02-2019, 22:09
Oxunub: 41
"Qarşıdakı günlərdə bəzi ölkələrlə birlikdə müvafiq müraciət təqdim edəcəyik"


"BMT Səudiyyə Ərəbistanının İstanbul baş konsulluğunda jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı araşdırma başlamalıdır".

Report “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Antalyada jurnalistlərlə görüşü zamanı BMT-nin məsələ ilə bağlı məruzəçisinin Türkiyədə keçirdiyi görüşlərə və topladığı məlumatlara şərh verərkən deyib.

O, bunların rəsmi istintaq olmadığını, həqiqəti aydınlaşdırmaq üçün xüsusi komissiya yaradılmasının zəruri olduğunu vurğulayıb:

“Qarşıdakı günlərdə bəzi ölkələrlə birlikdə müvafiq müraciət təqdim edəcəyik. Hələlik aydınlaşdırılmayan məsələlər var. Jurnalistin meyitini parçaladıqlarını bilirik, amma bu parçaların harada olduğu bəlli deyil. Bu cinayətin arxasında kimlərin olduğu, göstərişin kimdən gəldiyi barədə Səudiyyə Ərəbistanı tərəfindən konkret bir cavab verilməyib”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti