Avtomobildə gizlədilən mobil telefonlar aşkar edilib

8-02-2019, 15:04
Oxunub: 126
Faktla bağlı araşdırma aparılır


Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn "Hundai Sonata" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. 

Bu barədə Etatist.com-a DGK-dan məlumat verilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin motor yerindən 1 ədəd "Samsung Galaxy J6", 1 ədəd "Redmi Note 6 pro" markalı mobil telefon və 5 ədəd mobil telefon qutusu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti