Türkiyədə təbii qaz ehtiyatları aşkarlanıb

8-02-2019, 17:09
Oxunub: 32
Təbii qaz ehtiyatları İstanbulun ətrafında və Tekirdağ vilayətində tapılıb


Türkiyənin şimal-qərbində təbii qaz ehtiyatları aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.

Nazir bildirib ki, təbii qaz ehtiyatları İstanbulun ətrafında və Tekirdağ vilayətində tapılıb.

Onun sözlərinə görə, hazırda həmin bölgələrdə təbii qazın həcmi dəqiqləşdirilir.

F.Dönməz əlavə edib ki, Türkiyə gələcəkdə də quruda və dənizdə neft-qaz ehtiyatlarının aşkar olunması üçün kəşfiyyat işlərini davam etdirəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti