“Həzi Aslanov” stansiyasında eskalator əsaslı təmirə dayandırılıb

7-02-2019, 17:21
Oxunub: 37
"Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir


"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılıb. 

Bu barədə Etatist.com qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır.

Eskalatorun əsaslı təmirinin may ayına qədər yekunlaşdırılması nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər eskalatordan istifadə edə biləcəklər.

"Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti