“Total”ın Venesueladakı hesabları dondurulub

7-02-2019, 14:30
Oxunub: 83
Bunu “Total”ın icraçı direktoru Patrik Puyanye bildirib


Fransanın “Total” neft şirkətinin Venesuela filialının hesabları ABŞ-ın bu ölkəyə qarşı sanksiyaları nəticəsində dondurulub.

Report “Reuters”ə istinadən xəbər verir ki, bunu “Total”ın icraçı direktoru Patrik Puyanye bildirib.

Xatırladaq ki, yanvarın 29-da ABŞ Maliyyə Nazirliyi Venesuelanın PDVSA dövlət neft şirkətinə qarşı sanksiyalar tətbiq etdiklərini açıqlamışdı. Bununla yanaşı, ABŞ şirkətlərinin qazandıqları vəsaitləri Nikolas Maduro hökuməti üçün qapalı olan xüsusi hesablara köçürmələri şərtilə PDVSA ilə ticarət əlaqələrinə davam edə biləcəklərini bildirmişdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti