Külli miqdarda aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısı alınıb

6-02-2019, 14:18
Oxunub: 122
Faktla bağlı araşdırma aparılır


Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycana qeyri-qanuni yollarla, üzərində aksiz markası olmayan tütün məmulatlarının gətirilməsi, saxlanması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Komitədən Etatist.com-a verilən məlumata əsasən, DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Astara şəhərində keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Əliyev İbrahim Əzim oğlu saxlanılıb və ondan şərti alıcıya satmaq istədiyi Azərbaycanın aksiz markası ilə markalanmayan 5 000 ədəd "Marlboro Gold", 2 200 ədəd "Marlboro Flavor Code", 9 600 ədəd "Kent İnfina", 7 800 ədəd "Kent White", 19 200 ədəd "Kent Silver", 6 000 ədəd "Cavallo", 1 600 ədəd "Senator" markalı, ümumilikdə 51 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti