Pensiya sisteminin inkişafına dair beşillik dövr üçün yol xəritəsi hazırlanır

6-02-2019, 14:49
Oxunub: 159
"Hazırda ölkədə 1,3 milyon pensiyaçı var"


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılacaq islahatların, atılacaq addımların növbəti beş illik dövrü üçün yol xəritəsi hazırlanır. 

Bu barədə Etatist.com-a nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib.

Məlumata görə, bu məqsədlə müvafiq təkilflərin hazırlanması üçün nazirlikdə işçi qrupu fəaliyyət göstərir və bu işlərə beynəlxalq ekspertlər də cəlb edilib: "Prezident İlham Əliyevin tapşırığına əsasən aparılan islahatların bir istiqaməti də pensiya sisteminin təşkmilləşdirilməsi işləri çərçivəsində minimum və orta pensiyanın artım tempinin davam etdirilməsinə yönəlib".

Nazirlikdən qeyd olunub ki, hazırda ölkədə 1,3 milyon pensiyaçı var. Onlardan 58,3 faizi yaşa görə, 30,1 faizi əlilliyə görə, 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alır. Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti