Facebook Messenger-ə yeni funksiya əlavə edilib

5-02-2019, 22:21
Oxunub: 191
Mesajları göndərdikdən sonra yalnız 10 dəqiqə ərzində silmək mümkün olacaq


 "Facebook" sosial şəbəkəsi fevralın 5-dən"Messenger"də göndərilən mesajların 10 dəqiqə ərzində silinməsi funksiyasını işə salıb.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Facebook Messenger"in məlumatında bildirilir.

"Bu gündən etibarən "Messenger"də bir nəfərə və ya qrupa göndərdiyiniz mesajları asanlıqla silə biləcəyiniz funksiyanı işə salırıq", - deyə məlumatda qeyd olunub.

Bunun üçün ekranda mesajın üzərinə basmaq və "hamı üçün silmək", yaxud "özün üçün silmək" variantlarından birini seçmək lazımdır. Eyni zamanda birinci halda bütün qrup iştirakçılarına mesajın silinməsi barədə məlumat gələcək. Mesajları göndərdikdən sonra yalnız 10 dəqiqə ərzində silmək mümkün olacaq.

Yeni funksiya "iOS" və "Android" əməliyyat sistemlərinin son versiyalarından istifadə edənlər üçün yararlı olacaq.

Daha əvvəl "Facebook" şirkəti İranla bağlı bir neçə yüz əkkaunt və qrupu silib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti