"Məqsədimiz Venesuelada hakimiyyətin dinc yolla ötürülməsidir"

1-02-2019, 21:39
Oxunub: 133
Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib


ABŞ Venesuelaya dair hər hansı variantı istisna etməsə də, hazırkı vəziyyətdə hərbi əməliyyat barədə söhbət getmir.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib.

Venesuelada ABŞ, habelə Kolumbiya və Braziliya tərəfindən hərbi əməliyyata başlanılmasının labüd olub-olmaması barədə suala cavabında “yox” deyən Ağ Ev rəsmisi bununla belə, Prezident Donald Trampın vurğuladığı kimi, hər cür variantın mümkün olduğunu qeyd edib.

“Lakin məqsədimiz hakimiyyətin dinc yolla ötürülməsidir”, - deyən müşavir məhz bu məqsədlə də Venesuelaya dair iqtisadi sanksiyaların tətbiq olunduğunu, siyasi təzyiqlərin artırıldığını dilə gətirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti