Davosda illik Dünya İqtisadi Forumu işinə başlayıb

21-01-2019, 17:54
Oxunub: 233
Davos forumuna 110 ölkədən 3 mindən çox iştirakçı toplanacaq


İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi Forumu işinə başlayıb.

Etatist.com Report-a istinadən xəbər verir ki, forumun əsas mövzusu bu il "Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal arxitekturanın formalaşması" olacaq.

Forumun əsas proqramı yanvarda 22-də başlayacaq.

Davos forumuna 110 ölkədən 3 mindən çox iştirakçı toplanacaq. Forumda 60-dan çox dövlət başçısının, o cümlədən Yaponiyanın Baş naziri Şinzo Abe, Almaniya Kansleri Angela Merkel, İtaliya Baş naziri Cüzeppe Konte, İspaniya Baş naziri Pedro Sançes, Əfqanıstan Prezidenti Əşrəf Qəni, İraq prezidenti Bərham Saleh və başqalarının iştirak edəcəyi gözlənilir.

ABŞ administrasiyasının nümayəndə heyəti şatdauna görə Davosa getməyəcək.

Tədbir iştirakçıları energetika, rəqəmsal iqtisadiyyat sahəsində strateji proqnozları müzakirə edəcək, qlobal maliyyə riskləri, qloballaşma, kriptovalyuta, inkişaf etməkdə olan bazarlar, kibertəhlükəsizlik, gələcək demokratiya və s. mövzularda müzakirələr aparacaqlar. Davosda həmçinin Yaxın Şərqdəki, o cümlədən Liviya və Suriyadakı vəziyyət barəsində fikir mübadiləsi aparılacaq.

Forum yanvarın 25-də başa çatacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti