Bu yolda hərəkət məhdudlaşdırılıb

21-01-2019, 14:46
Oxunub: 85
Sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılıb


Sumqayıt-H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılıb.

Etatist.com bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən xəbər verir.  

"Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyyə olunur",- deyə Agentliyin məlumatında qeyd olunub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti