Ərdoğan və Tramp Suriyadakı vəziyyəti müzakirə ediblər

21-01-2019, 14:05
Oxunub: 65
Tramp və Ərdoğan İŞİD-in yerdə qalan yaraqlılarının məhv edilməsi üzrə birgə səy göstərəcəklərinə vəd veriblər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ evin rəhbəri Donald Trampla telefon söhbəti edib.

Report "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyə və Amerika liderləri Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması prosesinin sürətləndirilməsi barədə razılaşıblar.

Bundan əlavə, Tramp və Ərdoğan İŞİD-in yerdə qalan yaraqlılarının məhv edilməsi üzrə birgə səy göstərəcəklərinə vəd veriblər.

İki ölkə prezidenti yanvarın 15-də də Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti