NATO-nun ekspert qrupu Azərbaycana gəlib

16-01-2019, 12:59
Oxunub: 46
Yanvarın 17-dək davam edəcək işçi görüşü çərçivəsində yerli müəllimlər açıq dərslər keçirəcəklər


Hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafina yardım üzrə NATO-nun “Müdafiə təhsilinin genişləndirilməsi” proqramına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Alyansın ekspert qrupu ilə işçi görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, NATO-nun ekspert qrupu ilə hərbi təhsil müəssisələrinin müəllimləri dərs planlarının və proqramlarının hazırlanmasına və qiymətləndirməyə dair müzakirələr aparırlar. 

Yanvarın 17-dək davam edəcək işçi görüşü çərçivəsində yerli müəllimlər açıq dərslər keçirəcəklər. Sonda isə bu açıq dərslərin ümumi nəzəriyyəsinin müzakirəsi və qiymətləndirilməsi olacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti