Avropa Şurasının Baş katibi vəzifəsinə seçkilər iyunda baş tutacaq

11-01-2019, 14:18
Oxunub: 65
Yeni baş katibin mandatı bu il oktyabr ayının 1-dən qüvvəyə minir


Bu il iyun ayında keçiriləcək Avropa Şurasının Baş katibi vəzifəsinə seçkilər ərəfəsində sözügedən vəzifəyə dörd nəfər iddialıdır.

Report təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, Belçika xarici işlər naziri Didye Reynders, Litvanın keçmiş Baş naziri Andrus Kubilus, Yunanıstan millət vəkili, sabiq xarici işlır naziri Dora Bakoyannis, Xorvatiya baş nazirinin müavini, xarici və Avropa işləri naziri Mariya Peyçinoviç-Buriç həmin vəzifəyə namizədliklərini irəli sürüblər.

Avropa Şurası Nazirlər Komitəsi mart ayında hər üç namizədlə ayrı-ayrılıqda müsahibə keçirib namizədlərin dəqiq siyahısını seçkinin keçiriləcəyi Avropa Şurası Parlament Assambleyasına təqdim edəcək.

Yeni baş katibin mandatı bu il oktyabr ayının 1-dən qüvvəyə minir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti