"Goldman Sachs" qızılın qiyməti ilə bağlı proqnozunu artırıb

11-01-2019, 17:35
Oxunub: 245
Son 5 ildə qızıl bu qiymətə realizə edilməyib


ABŞ-ın aparıcı investisiya bankı “Goldman Sachs” bu il qızılın qiymətinin maksimal həddi ilə bağlı proqnozunu 1425 ABŞ dolları/unsiyaya qaldırıb.

Report bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qeyd edək ki, son 5 ildə qızıl bu qiymətə realizə edilməyib. “Goldman Sachs”ın analitikləri hesab edir ki, artan geosiyasi gərginlik fonunda investisiya aləti kimi qızıla tələbat artacaq və bu, onu kəskin bahalaşdıracaq. Hazırda isə qızılın qiyməti 1 300 dollar civarındadır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti