Koalisiya qüvvələri Suriyadan çıxmağa başlayıb

11-01-2019, 16:21
Oxunub: 38
"Təhlükəsizlik baxımından onun müddəti, qoşunların yerləşdiyi ərazi və marşrutundan danışmırıq"


ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyadan qüvvələri çıxarmağa başladığını elan edib.

Report “Agence France-Presse”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın İraq və Suriyadakı “Qətiyyətli dəstək” əməliyyat qərargahının nümayəndəsi, ABŞ quru qoşunlarının polkovniki Şon Rayan bildirib.

“Koalisiya Suriyadan çıxmağa başlayıb. Təhlükəsizlik baxımından onun müddəti, qoşunların yerləşdiyi ərazi və marşrutundan danışmırıq”, - deyə nümayəndə bildirib.

CNN telekanalı da Vaşinqtonun Suriyadan hərbi texnikanı çıxarmağa başladığı barədə məlumat yayıb.

Qeyd edək ki, dekabrın 19-da Prezdent Donald Tramp ABŞ qoşunlarının Suriyadan çıxacağı barədə sənədi imzalayıb. Ötən gün isə Fransanın xarici işlər naziri Jan-İv Le Drian az sayda olan hərbçilərini Suriyadan çıxaracaqlarını vurğulamışdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti