Suriyada raket zərbəsi nəticəsində Britaniyanın 5 hərbçisi həlak olub

10-01-2019, 13:53
Oxunub: 36
Həlak olan hərbi qulluqçular beynəlxalq koalisiya qüvvələrinin tərkibinə daxil idilər


Suriyada İŞİD silahlılarının atdığı raket nəticəsində Britaniyanın 5 hərbçisi həlak olub.

Report-un məlumatına görə, bu barədə mənbələrə istinadən "al-Watan" qəzeti xəbər verib.

Xəbərdə vurğulanır ki, həlak olan hərbi qulluqçular beynəlxalq koalisiya qüvvələrinin tərkibinə daxil idilər.

Raket zərbəsi nəticəsində həmçinin bir neçə nəfər də xəsarət alıb. Onlar əş-Şadadi (Hasaka əyaləti) xəstəxanasına çatdırılıblar. Yaralıların sayı açıqlanmır.

Ötən gün Suriyanın Hama şəhərində terrorçular tərəfindən quraşdırılan minanın partlaması nəticəsində 3 nəfərölüb, 5 nəfər yaralanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti