"Naftoqaz"ın mənfəəti 60% azalıb

9-01-2019, 16:44
Oxunub: 63
Bu barədə Ukrayna İqtisadi İnkişaf Nazirliyinin saytı məlumat verib


"Naftoqaz Ukrayna" Milli Səhmdar Şirkətinin xalis mənfəəti 2018-ci ilin I yarısında 2017-ci ilin analoji dövrü ilə müqayisədə 60,3% azalıb.

Report xəbər verir ki, bu barədə Ukrayna İqtisadi İnkişaf Nazirliyinin saytı məlumat verib.

Məlumata görə, 2018-ci ilin ilk yarısında şirkətin xalis mənfəəti 2017-ci ilin eyni dövrü ilə müqayisədə 27,7 mlrd. qrivnadan 11 mlrd. qrivnaya qədər azalıb.

Qeyd olunur ki, bu göstəricidə azalmanın əhəmiyyətli hissəsi səhmlərinin 100%-i şirkətə məxsus olan "Ukrtransqaz" ASC-nin ziyanının artması ilə əlaqədardır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti