Hərbi topoqrafların təlim-metodiki toplanışı keçirilir

9-01-2019, 15:53
Oxunub: 45
Davud Bağırlı Nazirliyin rəhbərliyi tərəfindən 2019-cu ildə qarşıya qoyulan tapşırıqları şəxsi heyətə çatdırıb


Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 2019-cu tədris ili üçün təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun topogeodeziya təminatının təşkili və hidroqrafiya işi ixtisaslı hərbi qulluqçuları ilə təlim-metodiki toplanış keçirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, naviqasiya və Kartoqrafiya İdarəsinin rəisi, 1-ci dərəcəli kapitan Davud Bağırlı Nazirliyin rəhbərliyi tərəfindən 2019-cu ildə qarşıya qoyulan tapşırıqları, eləcə də təşkil olunan toplanışda ixtisas üzrə məşğələlərin, fiziki, praktiki və test sınaqlarının müvafiq qaydada keçirilməsi ilə bağlı tövsiyələri şəxsi heyətə çatdırıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti