Aİ İrana qarşı tətbiq edilən sanksiyaların müddətini artırıb

9-01-2019, 16:35
Oxunub: 221
Aİ-nin qara siyahısına İran üzrə 15 şəxs və 21 qurum salınıb


Avropa İttifaqı (Aİ) Şurası İrana qarşı terror fəaliyyətində ittiham üzrə 2001-ci ildə tətbiq edilən sanksiyaları genişləndirib və müddətini bir il uzadıb.

Trend-in məlumatına görə, bu barədə Şuranın bəyanatında deyilir.

Sənəddə bildirilir ki, iki fiziki şəxs və bir struktur - İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin Daxili təhlükəsizlik departamenti Aİ-nin antiterror siyahısına daxil edilib.

Beləliklə, Aİ-nin qara siyahısına İran üzrə 15 şəxs və 21 qurum salınıb. Bu sanksiya rejiminin Avropa İttifaqının İranın nüvə proqramının dinc xarakterli olduğuna zəmanət verən Birgə hərtərəfli Fəaliyyət Planının imzalanması nəticəsində ləğv etdiyi sanksiyalarla heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Aİ ölkələri İranın güc strukturlarını mühacirətdə olan ölkə müxalifətinin nümayəndələrinə qarşı kampaniya aparmaqda ittiham edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti