Çin və ABŞ Pekində keçirilən ticarət danışıqlarının müddətini uzadıb

9-01-2019, 13:26
Oxunub: 61
Daha əvvəl ABŞ Çin məhsullarına əlavə rüsum tətbiq olunmasını təxirə salıb


Çin və ABŞ nümayəndələri Pekində keçirilən ticari-iqtisadi məsələlər üzrə danışıqların müddətini bir gün uzadıblar.

Report "Global Times" nəşrinə istinadən xəbər verir ki, görüş iştirakçıları ticari mübahisələrə son qoyulmasına kömək olacaq konkret razılaşmalar əldə etmək niyyətindədirlər.

Qeyd olunur ki, Çində danışıqların yekunu üzrə əlverişli və qarşılıqlı faydalı qərarların qəbul olunacağı gözlənilir.

Daha əvvəl ABŞ Çin məhsullarına əlavə rüsum tətbiq olunmasını təxirə salıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti