Dünya Bankı neftin qiymətinə dair proqnozda dəyişiklik edib

9-01-2019, 13:18
Oxunub: 62
"2019-2020-ci illərdə neftin bir barelinin qiyməti 67 dollar səviyyəsində gözlənilir"


Dünya Bankı (DB) 2019-2020-ci illərdə neftin bir barelinin orta qiyməti ilə bağlı proqnozunu 2 dollar aşağı salaraq 67 dollar səviyyəsində müəyyən edib.

Report xəbər verir ki, bu barədə bankın yanvar ayı ərzində dünya iqtisadiyyatının perspektivlərinə dair müvafiq hesabatında deyilir.

"2019-2020-ci illərdə neftin bir barelinin qiyməti 67 dollar səviyyəsində gözlənilir ki, bu da iyun ayında proqnozlaşdırılandan 2 dollar aşağıdır", - deyə hesabatda qeyd olunub.

Eyni zamanda bildirilir ki, proqnozun qeyri-müəyyənliyi "çox yüksəkdir".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti