Aralıq dənizində 549 miqrant xilas edilib

7-01-2019, 13:01
Oxunub: 64
Miqrantların birinci qrupu iki gün əvvəl altı kiçik gəmidə gəlib


İspaniyanın Dəniz Xilasetmə Xidmətinin xilasediciləri Aralıq dənizini gəmilərlə üzüb keçməyə çalışan 549 miqrantı xilas edib.

Bu barədə Report "Fox News"a istinadən xəbər verir.

Dəniz Xilasetmə Xidmətindən bildirilib ki, miqrantların birinci qrupu iki gün əvvəl altı kiçik gəmidə gəlib. Gəmilərin göyərtəsində bütovlükdə 350 miqrant olub. Onlar ölkənin şərq sahilinin sularında, Cəbəllütariq boğazında xilas ediliblər.

Dünən isə Dəniz Xilasetmə Xidmətinin xilasediciləri beş müxtəlif gəmidə və uşaqların olduğu, hava ilə doldurulan qayıqla üzən 199 miqrantla qarşılaşıb.

BMT-nin məlumatına görə, Aralıq dənizinin sularında ümumilikdə 2262 miqrant həlak olub. Avropa Birliyinin informasiyasına əsasən, təkcə keçən il İspaniyanın sərhədini 57000 miqrant keçib. Bu, 2017-ci illə müqayisədə iki dəfə çoxdur. 

Daha əvvəl bildirilib ki, İspaniyanın sahil mühafizəsi 2019-cu ilin ilk iki günü ərzində Aralıq dənizini keçməyə cəhd göstərmiş 401 miqrantı xilas edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti