Mobil telefonların və siqaretlərin qanunsuz gətirilməsinin qarşısı alınıb

7-01-2019, 12:42
Oxunub: 68
Faktla bağlı araşdırma aparılır


Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən Etatist.com-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunun tavanından 11 ədəd "Samsung Galaxy J2" markalı mobil telefonlar və 1 400 ədəd "Gold Marlboro Edge " markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti