Con Bolton İsrailə səfər edib

6-01-2019, 00:14
Oxunub: 326
Bolton səfər zamanı iki ölkə arasında əməkdaşlığı müzakirə edəcəyini bildirib


Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ölkənin ali rəhbərliyi ilə görüşmək üçün İsrailə gedib.

Report xəbər verir ki, bu barədə o, "Twitter"də yazıb.

Bolton səfər zamanı iki ölkə arasında əməkdaşlığı müzakirə edəcəyini bildirib:

"Elə indicə İsrailə endim. Birləşmiş Ştatlar və İsrail arasında bir sıra ümumi prioritetlər, eləcə də ABŞ-ın İsrailin təhlükəsizliyinə möhkəm bağlılığının müzakirəsi üçün İsrailin yüksəkvəzifəli rəsmi şəxsləri ilə sabahkı görüşləri səbrsizliklə gözləyirəm".

Daha əvvəl Con Boltonun Türkiyəyə səfərinin tarixi məlum olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti