Xalq Hərəkatının yaranmasına start verildi - VİDEO

6-01-2019, 01:29
Oxunub: 995
İclasdan sonra İsgəndər Həmidov Etatist.com-a eksklüziv açıqlama verdi


Yanvarın 5-də keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə müxalif partiya sədrlərindən ibarət Dəyirmi masanın işçi qrupunun iclası keçirilib. 3 saata yaxın davam edən iclas Azərbaycanda yeni Xalq Hərəkatının yaradılmasının qərara alınması ilə yekunlaşdı.

Etatist.com-un xəbərinə görə Dəyirmi masanın təşkilatçısı İsgəndər Həmidov gündəliyə salınan məsələləri sadalayıb. Gündəliyə Xalq Hərəkatının yaranması, redaksiya heyətinin yaradılması salınıb. İ.Həmidov bildirib ki, Nizamnamənin müzakirəsi növbəti iclasa saxlanılıb. Daha sonra o, sözü iclas iştirakçılarına verib.

Tarix elmləri doktoru, professor, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov bildirib ki, siyasi partiyalar xalqın taleyi üçün ciddi məsuliyyət daşıyır:

“Biz burada xalqın problemini həll etmək üçün yığışmışıq. Yaxşı olar ki, Azərbaycan Xalq Hərəkatı adlı qurum yaransın. Biz burada xalqın dəstəyini qazana bilərik. Ona görə gündəlikdəki birinci məsələ bu olmalıdır, hər kəs buna fikir bildirməlidir.

Təsisçilər qeydiyyatda olan partiyalar olmalıdır. Mən belə düşünürəm ki, qeydiyyatda olmayan elə partiyalar var ki, onlar da xalqın mənafeyindən çıxış edirlər, öz sözlərini deyirlər, deyə bilərlər. Mənə elə gəlir ki, onlara da imkan vermək lazımdır ki, hərəkatda təmsil olunsunlar. Ola bilər ki, təsisçi olmasınlar, amma hərəkatda mütləq təmsil olunmalıdırlar.

Xalq Hərəkatının yaranmasına start verildi - VİDEO

Biz gərək qeydiyyatda olan partiyalarla bərabər, istiqlalçı deputatların bu prosesdə iştirak etməsini arzu edək. Post-sovet ölkələrinin bir çoxunda istiqlalçı deputatların statusu hər kəsdən, prezidentdən də yüksəkdir. Çünki onlar bu müstəqil dövlətin qurucuları hesab olunurlar. Ona görə onların da bu hərəkatın təsisçisi olması çox yaxşı olar, çox xeyir verər, bu hərəkatın dünyada hörmətini qaldırar. Gəlin, bu gün bu hərəkatın təsis sənədini imzalayaq və elan edək”.


PƏNAH HÜSEYN HƏRƏKATIN TƏSİS OLUNMASININ TEZ OLDUĞUNU BİLDİRİB

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, Azərbaycan Xalq Hərəkatının təsis olunması üçün tezdir:

 

“Hesab edirəm ki, hərəkat fərdlər tərəfindən təsis olunmalıdır. Siyasi partiylaların, o cümlədən, buradakı siyasi partiyaların təsis edəcəyi hərəkatın dəstək alacağına mənim böyük şübhəm var, buna əmin deyiləm. Ona görə də mən hesab edirəm ki, yaxın 1-2 həftədə tələsməməklə ciddi bir lənglik olmaz. Ciddi şəkildə müzakirə aparaq, ondan sonra hansısa bir sənədin imzalanmasından, hansısa təşkilatın yaranmasından söhbət edə bilərik”.


İsgəndər Həmidov bildirib ki, bu birlik, partiyaların deyil, xalqın birliyidir:

Xalq Hərəkatının yaranmasına start verildi - VİDEO

“Əgər kimsə belə təsəvvür edirsə ki, bu, partiyaların birliyidir, hansısa partiyaya qarşıdır, böyük səhv edir. Mən döyüşə hazıram, döyüşdən heç vaxt qaçmamışam. Xalq Hərəkatında geniş xalq kütləsi olmalıdır”.


İQBAL AĞAZADƏ DİGƏR PARTİYA SƏDRLƏRİNƏ ÇAĞIRIŞ EDİB

Ümid Partiyasının sədri İqbal Ağazadə söz alaraq qeyd edib ki, mən Azərbaycanın demokratikləşməsi üçün bizə münasibətlə, bizim münasibətimizdən asılı olmayaraq, bütün siyasi institutların bir arada olmasının tərəfdarıyam:

Xalq Hərəkatının yaranmasına start verildi - VİDEO

“Mən buradan AXCP sədri Əli Kərimliyə, Müsavat başqanı Arif Hacılıya, Real Partiyasının sədri İlqar Məmmədova, ADR Hərəkatının rəhbəri Qubad İbadoğluya və digərlərinə müraciət edirəm ki, biz Azərbaycanın demokratikləşməsini birgə həyata keçirsək, daha tez nailiyyət əldə edə bilərik. İmkanları varsa, bu prosesi birgə aparmaq istəyirlərsə, bir arada bu prosesi apara bilərik.


Proses başlayıbsa, Dəyirmi masa hərəkat modelinə keçidi düşünürsə, bu məsələdə daha optimal yolları tapıb irəliləməliyik”.

Ağ Partiya sədri Tural Abbaslı deyib ki, bu iclasda pozitiv qərar qəbul olunmalıdır:

Xalq Hərəkatının yaranmasına start verildi - VİDEO

“İsgəndər bəyin təşkilatçılığı ilə Dəyirmi masa oldu, ondan sonra işçi qrupu təyin olundu. Bu ilkin toplantı olduğu üçün fikir ayrılıqları ola bilər. Burada olan insanlarla ilkin razılığa gələk. Təki proses başlasın. Mən öz adımdan da, Ağ Partiya adından da deyirəm ki, ümumi qərar nə olsa o qərara tabe olacağıq”.


İsgəndər Həmidov deyib ki, Xalq Hərəkatını qəbul etməyən varsa, deməli yolumuz ayrılacaq:

“Xalq Hərəkatı olmadan heç nəyə nail ola bilməyəcəyik”.

ƏLİ ƏLİYEV HƏRƏKATIN İCLASDA TƏSİS OLUNMASI FİKRİNİ DƏSTƏKLƏYİB

VİP sədri Əli Əliyev biz buradan hərəkatın elan olunması qərarı ilə çıxmalıyıq:

Xalq Hərəkatının yaranmasına start verildi - VİDEO

“Cəmiyyətdə dayaqları olan partiyaların bu proseslərə cəlb olunması... Hamı istəyir ki, bu, daha geniş çapda əhatə olunmuş hərəkat olsun. Biz hərəkatı elə hala gətirməliyik ki, cəmiyyət özü ayağa qalxaraq həmin partiyaları hərəkatda iştirak etməyə sövq etsin. Bu gün bu hərəkatın yaranmasına dəstək verməyən partiyalar yanılırlar. Bir qisimləri də bizə qarşı yaramaz təbliğat aparırlar, onlar, ümumiyyətlə, yanlış yoldadırlar. Bizim niyyətimiz, xalqın vəziyyətdən çıxış yollarını axtarmaqdır. 


Biz bu gün buradan cəmiyyətin gözləntisi olan hərəkatla bağlı bəyanatımızı verək. Çünki bu hərəkat Azərbaycan xalqının gözləntisidir”.

Sərdar Cəlaloğlu geniş müzakirə tərəfdarı olduğunu bildirib. O, deyib ki, qərar vermək üçün tələsmək lazım deyil:

“Biz əgər “selləmə” nəsə ediriksə, mən mövqeyimə yenidən baxacam. Əgər deyilən kimi bu, deyilən kimi “açıq qapıdırsa”. Mən tələsmək məsələsi ilə də razıyam. Çünki tələskənlik olanda arzuolunmaz qüvvələr prosesə müdaxilə edə bilirlər.

Əgər kortəbii hərəkat yaratmaq istəyirsinizsə, bu, xalqa qarşı böyük faciə olacaq”.

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib ki, partiya olaraq hərəkatın bu gün yaradılmasını dəstəkləyir.

Pənah Hüseyn iclasda hansısa bəyanatın qəbul olunmasının və sənəd imzalanmasının əleyinə olduğunu qeyd edib:

Xalq Hərəkatının yaranmasına start verildi - VİDEO

“Bugünkü toplantı belə bir tövsiyyə verə bilər ki, Azərbaycanda demokratik cəmiyyətin qurulmasını əsas götürən Azərbaycanda Xalq Hərəkatının təsis olunması məqsədəuyğun sayılır və hansısa bir tarixə bu hərəkatın təsis olunması yığıncağı elan olunur və hərəkat orada təsis olunur. Ona görə bu gün bəyanat vermək lazım deyil, nəyisə imzalamaq lazım deyil”.


KXCP sədri Mirmahmud Mirəlioğlu isə bildirib ki, bugünkü iclasda təsis günü müəyyən olunmalı və hazırlıq işləri görülməlidir.

Xalq Hərəkatının yaranmasına start verildi - VİDEO

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hərəkatın yaradılmasından tərəf olduğunu bildirib. O, qeyd edib ki, iclasda hərəkat təsis olunmalıdır və bununla bağlı sənəd imzalanmalıdır.


İclasda partiya sədrləri hərəkatın yaradılması haqqında geniş, gərgin fikir mübadiləsi apardı. Əsas müzakirə olunan məsələ hərəkatın iclasda elan edilməsi məsələsi idi. Sədr İsgəndər Həmidov qərarın keçirilən iclasda səsvermə yolu ilə qəbul olunmasını təklif etdi. Lakin sonda ümumi razılığa gəlindi ki, yanvar ayının 12-də növbəti iclas keçirilsin və hərəkatın təsis yığıncağı 26 yanvar tarixinə təyin olunsun. Qərara görə həmin yığıncaq xalqa açıq şəkildə keçiriləcək. İclasda qəbul olunmuş qərara görə Azərbaycan Xalq Hərəkatının yaradılması məqsədəuyğun hesab edildi, Hacıbaba Əzimov, Fuad Əliyev və Əli Əliyevdən ibarət 3 nəfərlik redaksiya heyəti və işçi qrupu yaradıldı. Qərara görə yanvar ayının 26-da hərəkatın təsis yığıncağı keçiriləcək.

İSGƏNDƏR HƏMİDOVDAN ETATİST.COM-A EKSKLÜZİV AÇIQLAMA

İclasdan sonra Etatist.com-a eksklüziv açıqlama verən İsgəndər Həmidov bildirib ki, yanvarın 12-nə qədər sənədlər hazırlanacaq və 26-da təsis yığıncağı keçiriləcək:

“90-cı illərin əvvəlləri fərqli idi, onda daha çox kütləvilik var idi. Mən yekundan razıyam. Belə bir məsələ var idi ki, heç bir hərəkat elan etməyək, mən də maksimum çalışdım ki, elan edək. Yanvarın 26-da keçiriləcək iclas xalqın iştirakı ilə keçiriləcək. Müzakirədə təsisçilər haqqında çox mübahisə etdim. Təsisçilər 49/51 olmalıdır. 49 partiya nümayəndələri, 51 faiz xalqın nümayəndələri olmalıdır”.
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti