"Tramp Ərdoğanla görüşə hazırdır"

25-12-2018, 10:24
Oxunub: 140
Bu haqda Ağ Evin mətbuat katibinin müavini Hoqan Qidli jurnalistlərə bildirib


ABŞ prezidenti Donald Tramp Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğanla görüşə hazırdır, ancaq hazırda konkret olaraq hər hansı tədbirin keçirilməsi planlaşdırılmır.

Report TASS-a istinadən xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibinin müavini Hoqan Qidli jurnalistlərə bildirib.

"Hərçənd biz indi konkret heç nə planlaşdırmırıq, prezident gələcəkdə mümkün görüşə açıqdır", - deyə o qeyd edib.

Daha əvvəl Ankarada keçirdiyi mətbuat konfransında Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib ki, prezident Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla son telefon danışığı zamanı ABŞ rəhbərini Türkiyəyə səfərə dəvət edib.

O, ABŞ prezidentinin 2019-cu ildə Türkiyəyə səfər edə biləcəyini də diqqətə çatdırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti