Milli Məclisin payız sessiyası bu həftə başa çatır

24-12-2018, 15:03
Oxunub: 202
Sonuncu iclasdan sonra deputatlar tətilə çıxacaq


Milli Məclisin deputatları bu həftə tətilə çıxırlar.

Report xəbər verir ki, parlamentin 2018-ci il payız sessiyasının sonuncu plenar iclası dekabrın 28-də, həftənin cümə günü keçiriləcək.

Sonuncu iclasdan sonra deputatlar tətilə çıxacaq. Parlamentin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Dekabrın 29-u şənbə, 30-u isə bazar, dekabrın 31-i isə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə təsadüf etdiyindən deputatlar 18 gün tətildə olacaqlar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti