Parisdə keçirilən aksiyalar zamanı 81 nəfər həbs edilib

23-12-2018, 10:39
Oxunub: 72
Saxlanılanlar arasında "sarı jiletlilər"in liderlərindən olan Erik Drue də var


Fransada "sarı jiletlilər"in dünən keçirdiyi sayca 6-cı etiraz aksiyasında saxlanılanların sayı 220 nəfərə çatıb.

Bu barədə Report "France Info"ya istinadən xəbər verir.

Bildirilir ki, saxlanılanlar arasında "sarı jiletlilər"in liderlərindən olan Erik Drue də var.

Aksiya zamanı 81 nəfər polis tərəfindən həbs edilib.

Daha əvvəl bildirilirdi ki, Parisdə keçirilən etiraz aksiyalarında 142 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz aksiyasını dağıdıblar və narazıları qarşı su nasoslarından istifadə ediblər. 

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti