Parisdə "sarı jiletlilər"in aksiyası zamanı 30 nəfər saxlanılıb
22-12-2018, 19:13
Oxunub: 148
Fəalların 3-ü həbs edilib
Bu gün Fransanın paytaxtı Parisdə keçirilən "sarı jiletlilər"in aksiyasında 30 nəfər saxlanılıb.Bu barədə Report BFMTV telekanalına istinadən xəbər verir.
Bildirilir ki, fəalların 3-ü həbs edilib. Telekanalın məlumatına görə, mitinqdə 800-ə yaxın insan iştirak edib. Aksiyaçıların böyük hissəsi turist zonası olan Monmartr şəhərindəki Sakre-Ker kilsəsinin yaxınlığında toplaşıblar.
Polisdən bildirilib ki, onlar daha izdihamlı aksiyanın Versalda keçiriləcəyini gözləyib. Lakin bunun etirazçıların manevri olduğu üzə çıxıb.
Qeyd edək ki, bu gün Fransada "sarı jiletlilər"in 6-cı aksiyası keçirilib. Aksiya ilə əlaqədar təhlükəsizliyi 4 min asayiş keşikçisi qoruyub. Onlardan 1225 nəfəri Parisdə olub.
Fransada "sarı jiletlilərin" nümayişləri noyabrın 17-də başlayıb. Onlar qiymətlərin və vergilərin artırılmasına etiraz edirlər.