İqtisadiyyat naziri Bərdədə vətəndaşları qəbul edib

21-12-2018, 17:02
Oxunub: 93
Ümumilikdə qəbulda 50-yə yaxın vətəndaş müraciət edib


Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Bərdədə Yevlax, Tərtər, Ağcabədi, Ağdam, Laçın və Bərdə rayonlarından olan vətəndaşları qəbul edib.

İqtisadiyyat Nazirliyindən Etatist.com-a verilən məlumata görə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət müəssisələrinin, sənaye məhəlləsində gübrə istehsalı müəssisəsinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar Ş.Mustafayev tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara isə ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların taxılçılıq, pambıqçılıq, badamçılıq, çuğundur əkini, tərəvəzçilik, heyvandarlıq, balıqçılıq, mebel istehsalı, otel və turizm obyeklərinin tikintisi, çörək istehsalı və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbula gələn digər şəhər və rayonlardan olan vətəndaşların müraciətləri də dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb. Ümumilikdə qəbulda 50-yə yaxın vətəndaş müraciət edib.

Qeyd edək ki, Bərdədə təşkil olunmuş qəbul barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün KİV-lərdə, İqtisadiyyat Nazirliyinin rəsmi internet saytında (www.economy.gov.az) və "Facebook" səhifəsində elanlar verilib, Nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin onlayn qeydiyyata alınması məqsədilə imkanlar yaradılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti