Kanadada qasırğa səbəbindən 300 min istehlakçı işıqsız qalıb

21-12-2018, 14:39
Oxunub: 235
Təbii fəlakət nəticəsində Dunkan şəhərində bir nəfər ağacın altında qalaraq ölüb


Kanadanın qərbində, Britaniya Kolumbiyası əyalətində güclü qasırğa səbəbindən təqribən 300 min istehlakçı işıqsız qalıb.

Trend-in məlumatına görə, sürəti 30 m/san olan külək bir çox ərazilərdə ağacları kökündən qoparıb. Bir çox reyslər təxirə salınıb, bərə nəqliyyatı dayandırılıb.

Təbii fəlakət nəticəsində Dunkan şəhərində bir nəfər ağacın altında qalaraq ölüb.

Hazırda elektrik enerjisi təchizatının bərpa olunmasına müvafiq idarənin 550 əməkdaşı cəlb olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti