Tramp: “Suriyadan çıxmağımız gözlənilməz deyil”

20-12-2018, 16:39
Oxunub: 188
"Suriyadan çıxmağımız üçün illərdir kampaniya aparırdım"


“Suriyadan çıxmağımız gözlənilməz deyil”.

Report Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Twitter” hesabında yazıb.

“Suriyadan çıxmağımız gözlənilməz deyil. Suriyadan çıxmağımız üçün illərdir kampaniya aparırdım. 6 ay əvvəl bunu edəcəyimi açıq-aşkar bildirmişdim”, - Donald Tramp vurğulayıb.

“Rusiya, İran, Suriya və başqaları İŞİD-in regional düşmənləri sayılırlar. Evə qayıtmağın zamanı çatıb. Amerikanı yenidən böyük edəcəyik”, - ABŞ prezidenti əlavə edib.Qeyd edək ki, dekabrın 19-da o, ABŞ qoşunlarının Suriyadan çıxması haqqında qərarı imzalayıb. Ötən gündən ABŞ ağır texnikasını bu ölkədən çıxarır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti