Aİ İtaliyanın dövlət büdcəsi ilə bağlı razılığa gəlib

19-12-2018, 17:35
Oxunub: 92
“Verilən qərar, bəlkə də, mükəmməl deyil, amma büdcə kəsiri ilə bağlı müvafiq prosedurdan qurtulmağa imkan yaradır”


"İtaliyanın 2019-cu ilin dövlət büdcəsilə bağlı Avropa İttifaqı ilə razılaşma əldə olunub".

Report TASS-a istinadən xəbər verir ki, bunu Brüssel şəhərində (Belçika) keçirdiyi mətbuat konfransında Aİ-nin avro və sosial dialoq komissarı Valdis Dombrovskis deyib.

Onun sözlərinə görə, bununla da həmin ölkəyə qarşı sanksiyalar məsələsi gündəmdən çıxıb: “Verilən qərar, bəlkə də, mükəmməl deyil, amma büdcə kəsiri ilə bağlı müvafiq prosedurdan qurtulmağa imkan yaradır”.

Bundan əvvəl Avropa İttifaqının İtaliyaya qarşı büdcəyə düzəlişlər etməməsi üçün cərimə sanksiyaları tətbiq etmək niyyətində olduğu bildirilmişdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti